Azərbaycanlı müğənnini 'Möhtəşəm yüz il'də görə bilərik - VİDEO
MAQAZİN
17:13 23.04.2013
2513
Son vaxtlar səs-sorağı Türkiyədən gələn müğənni Orxan Babazadə yaxın günlərdə Türkiyənin məşhur səs yarışması “Popstar Alaturka”da qonaq kimi çıxış edəcək. Gənc ifaçı təklifin Türkiyənin sənət babası Orxan Gəncəbaydan gəldiyini bildirdi: "Onunla tez-tez telefon əlaqəsi saxlayıram. Doğrudan da çox təvəzökar və gənclərə əl tutan bir sənətkardır. Türkiyədə hər kəs onunla hesablaşır. Hətta “Kral Müzik Ödülləri” zamanı da buna şahid oldunuz. “Popstar Alaturka” yarışmasının səhnəsində qonaq kimi iki mahnı oxuyacam. Biri Azərbaycan mahnısı, digəri isə Orxan Gəncəbayın bəstəsi olan “Mevsim bahar olunca” mahnısı olacaq. Mahnı hazırda aranjemandadır. Səbirsizliklə mahnının hazır olmasını gözləyirəm. Aranjeman Türkiyədə olduğundan bir az uzun çəkir. İnşallah istədiyim nəticəni əldə edərəm”.İstanbul səfəri zamanı Türkiyənin məşhur müğənnisi Zinet Salı, bəstəkar-müğənni Toyqar İşıklı və “Möhtəşəm yüz il”in aktyorları ilə də görüşən Orxan bildirib ki, özünü aktyor kimi də serialların birində sınamaq fikirindədir: “Mənə hərdən deyirlər ki, səndə aktyorluq potensialı daha güclüdür. “Möhtəşəm yüz il” serialının Bəhram Paşa rolunu canlandıram aktyor Adnan Koç hətta mənə dedi ki, sənin fakturan tam “Möhtəşəm yüz il”ə uyğundur. Düzdür, hələ seriala çəkilmək təklifi almamışam. Amma çalışacağam serialların birinə çəkilim”- deyə Babazadə bildirib.