Azərbaycanlı müğənnini silahla hədələyib maşınını alanlar kimdir?

Azərbaycanlı müğənnini silahla hədələyib maşınını alanlar kimdir?
MAQAZİN
18:27 12.05.2017
1092
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirlələr - Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. Belə ki, adıçəkilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim edərək "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovu silahla hədələyərk hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər. Bir qədər sonra isə tələb olunan pulların verilməsi müddətini artırmaq üçün onlardan 1000 dollar alıblar. Ardınca isə İ.Məmmədovun "Mercedes Benz S-Class" markalı maşınını əlindən alaraq 10 min manatla əvəz ediblər. Onların növbəti qurbanı isə Ramin Qasımov olub. Ondan birinci dəfə 4 min dollar alıblar, ikinci dəfə 12 min dolları alanda polis əməkdaşları tərəfindən saxlanılıblar. İttiham olunan şəxslərdən biri, Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mülki mühafizəçi olub, onun barəsindəki cinayət işində istintaq zamanı xitam verilib və o, təcridxanadan azadlığa buraxılıb. Təqsirləndirilənlərdən A.Məmmədov özünü təqsirli bilmədiyini, E.Bağırov və V.Bağırov özünü qismən, digərləri isə təqsirli bildiklərini deyiblər. E.Bağırov deyib ki, yalnız R.Qasımovla Tahirin onun telefonu ilə danışmalarına şərait yaradıb: "Sonra da kafedə görüşdük ki, Raminlə Tahiri barışdıraq, amma polislər bizi tutdu”. V.Bağırov isə sadəcə Tahirin dəvəti ilə onun toyunda iştirak etdiyini deyib və "Lotu Namiq”i tanımadığını deyib. Zərərçəkmiş Ramin Qasımov deyib ki, onların pul problemi "Şadan” qrupunun üzvü Rəşad Əhmədovla olub: "Qrupun reklamı üçün pul lazım idi. Rəşad atasının səsyazma studiyasını yazıb bu işlərə xərclədi. Sonra mən ona 15 min manat ödədim. Qrupdan çıxanda isə Rəşad yenə pul söhbəti etdi. Mən dedim ki, pullar qrupun reklamına xərclənib, reklamı da özümlə aparmıram. 2016-cı ilin oktyabrında Tahir adlı şəxs zəng edib pul söhbətinə görə görüşmək istədiyini dedi. İntizarla danışdım, ona da zəng etmişdi. Görüşdə Tahirə "rəis” deyirdilər, onlar bizdən 4 min manat istədilər. Mən pulumun olmadığını dedim, İntizar isə maşınını verə biləcəyini dedi. Bir qədər sonra bizi bir evə çağırdılar, 500 dollar aldılar. Dedilər təcili olaraq da 2 min dollar gətirib, "Lotu Namiq”ə çatacaq. Həmin vaxt Tahirin üstündə silah var idi, bizi ailəmizlə təhdid etdi”. Məhkəmə prosesi mayın 18-də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü