Azərbaycanlı müğənninin 1 milyon manatlıq maşını belə qəzaya uğrayıb - FOTO

MAQAZİN
11:21 31.07.2013
11193

Bir neçə gün öncə xəbər vermişdik ki, azərbaycanlı müğənni Cavanşir Məmmədovun Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili qəzaya uğrayıb.

Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı “London Taxi” arxadan vurub.  Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qeyd edək ki, Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili 2011-ci ilin aprelində 960 000 avroya alıb. Həmin maşın alınan vaxt müğənninin kolleksiyasındakı 50-ci maşın idi. Həmin qəzanın şəkli sosial şəbəkədə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR