Azərbaycanlı məşhur aşıq, tambur ifaçısı Əfqan Rəhmanov xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, o 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən rayonu Mərkəzi Xəstəxanada reanimasiyadadır.
Bu haqda tanınmış prodüser Samir Xəttab məlumat verib.
Qeyd edək ki, Əfqan Rəhmanov Balakəndə yaşayır. O bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.