Azərbaycanlı müğənninin 'Həyat səhnə'si - FOTOLAR

MAQAZİN
12:38 18.07.2013
2298

Gənc və iddialı müğənni Zarina Məmmədova isti yay günlərində dayanmadan çalışır.AZXEBER.COM-un məlumatına görə, müğənni çoxdan söz verdiyi albomunu hazırlayır. İfaçının mətbuat katibi xəbər verir ki, içərisində 10 mahnı olacaq albomun adı “Həyat səhnə”dir.

Albomun içərisində Pərviz Mahmudov, Aynur Adilqızı, Hakan Erol, Hacı Nazim, Rəhim Rəhimli kimi bəstəkarların mahnıları ilə yanaşı müğənninin ifasında dinlədiyimiz bəzi musiqilərinin remix versiyası da var. Bununla yanaşı albomda daha bir disk yer alacaq. İkinci diskə Zarinanın bu günə qədər çəkdirdiyi kliplər daxil olacaq.

Zarina albom üçün xüsusi fotosessiya da hazırlayır. Son tamamlama işləri başa çatdıqdan sonra ifaçı ən yaxın dostlarını və media nümayəndələrini başına toplayıb kiçik bir məclis düzənləyəcək.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR