Azərbaycanlı müğənni Səbinə Əsgərova yol hərəkəti qaydalarını pozduğu üçün cərimə olunub.
Bu haqda AZXEBER.COM-a müğənninin özü məlumat verib.
O çox sayda yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib: "Son 1 ayda 740 manat cərimələnmişəm. Mən bu məlumatı görəndə şoka düşdüm. İki cərimənin dəyəri 150 AZN idi, sürət həddini aşmışam. Bundan başqa kəmər taxmadığıma görə, qırmızıda keçdiyimə görə də cərimələnmişəm".
Müğənni qeyd edib ki, hər kəs qanun qarşısında eynidir və yaxın günlərdə cəriməsini ödəyəcək: "Mən dövlətimizin qanunlarına riayət edən vətəndaşam və yaxın günlərdə də cəriməmi ödəyəcəm. Sadəcə bu qədər cərimə məni çox təəcübləndirdi və şoka saldı"