Azərbaycanlı müğənniyə Türkiyədən təklif - FOTOLAR

MAQAZİN
12:13 12.02.2013
1716

Repertuarını tez-tez təzələyən gənc müğənni İlahə İbadovanın mahnıları Türkiyənin musiqi şirkətlərində hazırlıq prosesi keçir.AZXEBER.COM-un məlumatına görə, son günlər onun yeni ifalarını eşidən bir neçə şirkət müğənnini yeni layihəsində gördüyünü bildirib və ona təklifini göndərib. Bir neçə janrda albom buraxıb, onu dünyaya yaymağı planlaşdıran şirkətlərdən biri, sayseçmə iştirakçılar arasında İlahənin də səsinin yazılmasını istəyib. Sənətçi bildirib ki, bu təklifi qəbul edəcəyi təqdirdə, şirkətin daha bir neçə layihəsində yer alacaq. Bu təklifi hazırda incələyən İlahə İbadova səsinin alboma azərbaycanlı ifaçı kimi salınmasına çalışdığını bildirdi. O, həm müasir, həm də milli mahnılar oxuyacağını qeyd edib.

“Türkiyədən əməkdaşlıq təklifləri bir neçə dəfə olub. Şirkətlərlə çalışmaq risk tələb edir. Biz türkiyəlilərin musiqiçilərini, hətta şirkətlərini tanımırıq. Hansısa kağıza qol çəkmək, bəzən, risk tələb edir. Ona görə, atacağım addımı yüz ölçürəm” – deyə müğənni bildirib.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR