Azərbaycanlı müxalifətçi Gürcüstanda DTX-ya çağırılıb

Azərbaycanlı müxalifətçi Gürcüstanda DTX-ya çağırılıb
DÜNYA
12:38 03.11.2020
698

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının fəalı Rafiq Orucov ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Report-un yerli bürosu xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

Qeyd olunub ki, həmin şəxs oktyabrın 31-də Tbilisidə müxalifətin Rustaveli prospektində keçirdiyi aksiyada iştirak edib və onun avtomobilində elektroşoker aşkarlanıb.

Faktla bağlı istintaq aparılır.

R.Orucov istintaq çərçivəsində sorğu-sual olunacaq.

OXŞAR XƏBƏRLƏR