Azərbaycanlı nazir ermənilərlə sülhdən danışdı

SİYASƏT
15:14 15.10.2014
856

“Biz yeni mərhələyə tam hazırıq”.

Azərbaycan prezidentlərin bu ayın sonunda Parisdə keçiriləcək üçtərəfli görüşündən ciddi irəliləyiş gözləyir.

AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişinin hazırlanması işinə başlamağın tərəfdarıdır. O qeyd edib ki, həmsədrlər bir neçə məsələni əhatə edən struktur təkliflər veriblər:

“Biz belə qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik. Biz yeni mərhələyə tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik”.

OXŞAR XƏBƏRLƏR