Azərbaycanlı nazir kombaynla taxıl biçdi - VİDEO

DÜNYA
10:15 22.06.2012
2305
Baş nazirin müavini Abid Şərifov, Kənd Təsərrüfatı Naziri İsmət Abbasov və Baş Nazirin Kənd Təsərrüfatı üzrə müşaviri Musa Məmmədov taxıl biçininə qatılıb kombayn sürüblər. Fərqli xüsusiyyərt isə Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun fermerlərə dəstək olaraq taxıl biçinində iştirak etməsidir.AZXEBER.COM-un "XezerXeber"ə istinadən verdiyi xəbərə görə, sükan arxasına keçən İsmət Abbasov və Baş Nazirin Kənd Təsərrüfatı üzrə müşaviri Musa Məmmədov Qobustan rayonundakı toxumçuluq sahələrinə və taxıl zəmilərinə də baxış keçirdilər. Maraqlı aksiyada 1 saata 2 hektara yaxın taxıl biçildi.Taxılçılarla söhbətləşən qonaqlar məhsulun bol olacağını bəyan ediblər. Nazir görülən işlərdən razılıq edib və bu il hər hektardan 30-35 sentner məhsul götürüləcəyini deyib.

OXŞAR XƏBƏRLƏR