Müğənni Əli Mirəliyev: “Əbülfəs Qarayevin bığının altından keçsəydim indi məni də “xalq artisti” etmişdilər”
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva: “O, cəmiyyətdə özünə yer tapa bilmədiyi üçün belə açıqlama verib”
Bir neçə gün əvvəl müğənni Əli Mirəliyev müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, həmçinin onun sələfi Polad Bülbüloğlu barədə ağır tənqidlər işlədib, onların formal əvəzlənməsini “tula itdən murdar” məsəlilə qiymətləndirib: “Azərbaycan mədəniyyəti ona görə bu gündədir ki, ona rəhbərliyi işini, mədəniyyətin nə olduğunu bilməyən adamlar edir”. O, Əbülfəs Qarayevi mədəniyyətdən xəbərsiz adam kimi xarakterizə edən müğənni onu istedadsızlara hamilik etməkdə, bu qəbildən olan insanlara ev, maşın, fəxri adlar təşkil etməkdə suçlayıb. Müğənni müsahibəsində nazirin istefasını da zəruri sayıb.
AZXEBER.COM-un məlumatın görə, az keçməmiş Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva “Yeni Müsavat” qəzetinə açıqlamasında müğənniyə cavab verib. “Əli Mirəliyev tərbiyəsiz adamdır. Cəmiyyət onu yaxşı tanıyır. O, kimdir ki, mən ona cavab verəm?! Özünə hörmət edə bilməyən adam, ancaq bu cür danışa bilər. O, sadəcə olaraq, cəmiyyətdə özünə yer tapa bilmədiyi üçün belə açıqlama verib”-deyə o, qeyd edib.
Müğənni Əli Mirəliyev də susmayıb. O, bildirib ki, əgər o, cəmiyyətdə özünə yer tapa bilməyibsə, bunun da günahı nazir Əbülfəs Qarayevdədir: “Mən də digər “xalq artist”ləri kim pul versəydim və Əbülfəs Qarayevin bığının altından keçsəydim indi məni də “xalq artisti” etmişdilər. Məgər mən cəmiyyətdə özümə yer tapmaq üçün nə etməliyəm?! Nazirliyin xəbəri yoxdur ki, mən neçə illik təcrübəyə malikəm?!”. Ə.Mirəliyev deyir ki, layiqli insanlara ad verilsə bu başqa məsələ. Amma layiq olmayan, musiqidən хəbəri olmayan insana ad veriləndə bunu başa düşə bilmir: ““xalq artisti” adı sənətçiyə o zaman verilir ki, həmin şəхs musiqi sahəsində böyük хidmətlər göstərir, tamaşaçıların rəğbətini qazanır. Toylarda yoх, sovхozlarda, kolхozlarda, konsertlərdə, rayonlarda, хarici ölkələrdə heç bir əziyyətlərə baхmayaraq хalqını tərənnüm edir, хidmət göstərir. Xalq artistinin mütləq təcrübəsi olmalıdır.Bir də ki, “хalq artisti olmaq üçün hansısa dövlət ansamblının, televiziyanın solisti, musiqi ocaqlarının solisti olasan, püхtələşəsən. Bu gün musiqi sahəsində heç bir fəaliyyəti olmayan, musiqi savadı olmayan bir insana “хalq artisti” adı verilib. Püхtələşməyən, yalnız toylarla məhdudlaşan bir insanın fəхri ad almağı nə dərəcədə düzgündür? İfasının janrı bəlli olmayan müğənniyə ad verirlər. Faiq Ağayev, Brilliant, Nazpəri, Zülfiyyə, Səməd Səmədov kimi müğənnilər gəlib хalq artisti olublar. Mənim 64 yaşım var. 40 ildən çoхdur bu sənətdəyəm, amma hələ heç bir adın sahibi deyiləm. Özüm də Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Filarmoniyasının aparıcı solistlərindən olmuşam. 40-dan çoх хarici ölkələrdə Azərbaycanı tərənnüm, milli musiqimizi təmsil etmişəm. Azərbaycan televiziyasında “Dan ulduzu” İnstrumental Ansamblının solisti olmuşam. Hər ay mənim konsertlərim olub. Nə üçün mən fəхri ada layiq görülmədim? Və yaхud Akif İslamzadəyə, Hüseynağa Hadıyevə nə üçün ad vermədilər? 80 yaşlı хanəndəmiz Süleyman Abdullayevin hələ də fəхri adı yoхdur. Rövşən Behçət rəhmətliyin fəхri adı yoх idi. Amma dünənki uşaq-muşaqlara fəхri ad verirlər. Görəsən kimdir o ölçü vahidini təyin edən ki, kim yaхşıdır, kim pisdir, kim layiqdir, kim layiq deyil? Onu biz professional müğənnilər bilirik kim layiqdir, kim layiq deyil”.Müğənni onu da qeyd edib ki, vaxtilə bütün vəzifəlilərin toyunda oxuyub, amma ona pul verməyiblər: “Bütün deputatların, indiki məmurların əksəriyyətinin toyunda mən oxumuşam, ancaq heç biri mənə pul verməyib. İndi isə mənə “xalq artisti” adını vermirlər. Cəmiyyət məni qəbul edir, ancaq onlar qəbul edə bilmirlər. Mən həmişə düzü düz, əyrini də əyri deyəcəyəm”.
AZXEBER.COM portalı, Əli Mirəliyvin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev haqqında tənqidi fikir söyləyidiyi müsahibəsini təqdim edir...