Toğrul Əsgərov Safaryan ilə qarşılaşa bilər.
Las-Veqasda sərbəst güləş üzrə Dünya çempionatında azərbaycanlı güləşçi, Olimpiya çempionu Toğrul Əsgərov erməni güləşçi ilə qarşılaşa bilər.
Oxu.Az xəbər verir ki, 65 kq çəki kateqoriyasında Ermənistan nümayəndəsi David Safaryan Puerto Riko nümayəndəsi Franklin Qomes ilə görüşəcək.
Qələbə qazandığı təqdirdə 1/16 finalda erməni güləşçi Toğrul Əsgərov (Azərbaycan) – Sayatbek Okasov (Qazaxıstan) cütlüyünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Las-Veqasda güləş üzrə Dünya çempionatı keçirilir.