Azərbaycanlı oliqarxın erməni ilə sensasion yazışması

Azərbaycanlı oliqarxın erməni ilə sensasion yazışması
SOSİAL
14:07 23.08.2016
5409
Moskvanın daşınmaz əmlak kralı, Azərbaycan əsilli milyarder Qod Nisanovla qalmaqallı jurnalist-biznesmen, lifenews.ru saytının redaktoru Aram Qabrielyanov arasında sensasion yazışma açıqlanıb.
AZXEBER.COM virtualaz.org-a istinadən bildirir ki, bu yazışma "Anonim beynəlmiləl" adlı haker qrupunun lifenews.ru-nun bəzi əməkdaşlarının, o cümlədən Aram Qabrielyanovun elektron poçtunu "sındırması" nəticəsində üzə çıxıb.
"The Moskow Post" bildirir ki, yazışmada azərbaycanlı milyarder-oliqarx Aram Qabrielyanovdan xahiş edir ki, Ren TV telekanalında onun Moskvadakı nəhəng topdansatış ərzaq bazası "Food City" haqda tənqidi reportajını kimin sifariş etdiyini araşdırsın.
Reportajda "Food City"də saxta alkoqollu içkilərin topdansatışı barədə bəhs olunurdu. Həmin içkidən ötən il Moskvada bir neçə nəfər zəhərlənərək ölüb. Güc strukturlarının əməkdaşları saxta içkinin mənbəyinin "Food City" olduğunu müəyyənləşdirib. Habelə reportajda deyilirdi ki, "Food City" Moskvanıv yeni "Çerkizov"una çevrilib. Bazardan atılan zir-zibil ətrafı bürüyüb, antisanitariya hökm sürür.
Xatırladaq ki, "Food City" Qod Nisanov və Zarah İliyevə, habelə onların ortağı, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimova məxsusdur. "Üçlük" Moskvada digər çoxsaylı kommersiya daşınmaz əmlaka da malikdir. Bura "Sadovod" bazarı, "Ukrayna" oteli, "Lotos" ticarət mərkəzi və digərləri daxildir.
E.mail yazışmalarından məlum olur ki, Qod Nisanov Ren TV-də onun bazarı haqda gedən süjetdən qəzəblənib və sifarişçini tapıb cəzalandırmaq istəyir. "The Moskow Post" yazır ki, yazışma 2015-ci ilin noyabrında və dekabr ayında olub. Qod Nisanov süjetin videolinkini Qabrielyanova göndərir və soruşur: "Maraqlıdır, görəsən bizi kim sifariş edib?" Qabrielyanov isə cavab verir ki, məsələni araşdıracaq və sifarişçini üzə çıxaracaq. Növbəti məktubda isə Qabrielyanov yazır ki, sifarişçini tapıb və barəsində bütün materialları toplayıb. Nisanov isə bildirir ki, həmin adamın Rossiya 24 telekanalına da onun və "Food City"nin barəsində geniş material ötürmək istədiyini bilir.
Qeyd edək ki, Aram Qabrielyanov Dərbənddə Zəngəzur ermənilərinin ailəsində anadan olub. Mediamaqnatdır və bir çox qalmaqallarda yer alıb. Ona məxsus KİV-lər vaxtaşırı olaraq Dağlıq Qarabağdan erməniləri təbliğ edən reportajlar yayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir