Azərbaycanlı oliqarxın oğlu İsveçrədə necə həlak olub?

Azərbaycanlı oliqarxın oğlu İsveçrədə necə həlak olub?
SOSİAL
12:18 26.11.2016
7028
Noyabrın 25-nə keçən gecə İsveçrənin Luqano gölü yaxınlığında baş vermiş avtomobil qəzasında həlak olan 23 yaşlı Azər Yaqubovun qəzanı hansısa digər avtomobillə "qonka” zamanı gölə aşırdığı istisna deyil.

Xatırladaq ki, həmin qəzada azərbaycanlı milyarder Telman İsmayılovun oğulları da daxil olmaqla 4 zəngin "rus” ümumi dəyəri milyonlarla dollar olan superkarlarla yarışa çıxmışdılar və qəza törətmişdilər. Qəzadan sonra T.İsmayılovun oğlulları atalarının qızılı "Falcon” təyyarəsində tələsik İsveçrəni tərk etmişdilər.


Xəbər verildiyi kimi  Azər Yaqubovun idarə etdiyi BMW X6 avtomobili idarəetməni itirib və yolun kənarındakı dəmir baryeri sındıraraq Luqano gölünə düşüb. Qəzada Azər Yaquvbovla bərabər avtomobildə olan 19 yaşlı Diana Lebedeva-Rusiyanın YUKOS şirkətinin keçmiş səhmdarı Platon Lebedevin nəvəsi də həlak olub. Avtomobili və cəsədləri sudan bir neçə saat sonra çıxarıblar. Azər Yaqubov AZAL-ın Rusiyadakı keçmiş federal nümayəndəsi, biznesmen Mahir Yaqubovun oğludur.

Rusiya KİV-lərinin yazdığına görə Diana Lebedevanın rəfiqələri sosial şəbəkələrdə qəzanın sürət yarışı zamanı baş verdiyi haqda deyilənləri təkzib edirlər. Müğənni Dmitri Malikovun qızı, Diana ilə rəfiqə olan Stefaniya Malikova yazıb ki, qəza yoldakı qatı duman və buz qatı səbəbindən baş verib.


İsveçrə mətbuatı isə yazır ki, qəza Cenevrəyə gedən kəskin eniş-yoxuşlu dağ yolu üzərindəki "şeytan körpüsü”ündə baş verib. Və avtomobil yoldakı situasiyaya adekvat olmayan yüksək sürətlə hərəkət edirmiş.

İnstagram səhifəsində yerləşdirdiyi foto və videolardan məlum olur ki, Diana Yaqubova avtomobil həvəskarı olub, tez-tez avtomobildə selfie çəkib öz səhifəsinə qoyurmuş. Sosial şəbəkələrd onun azərbaycanlı gənclə birgə fotosuna rast gəlinmir. Bu baxımdan onların sevgili olduqlarını ehtimal etmirlər.

"Moskovskiy Komsomolets” isə yazır ki, Azər Yaqubovun təhsil aldığı TASİS ingilis məktəbi İsveçrədə dünyanın hər yerindən zəngin uşaqlarının təhsil aldığı elitar məktəbdir. Məktəb İsveçrənin Fransa səmtində, 17-ci əsrdən qalma möhtəşəm Villa De Nobili qəsrində yerləşir. Burada illik təhsil haqqı 70 min avrodur. TASİS litsey statusunda məktəbdir və buranı bitirib dünyanın məşhur ali məktəblərinə daxil olmaq istəyənlər üçün xüsusi akademik proqram nəzərdə tutulub.
 
OXŞAR XƏBƏRLƏR