Azərbaycanlı politoloq müharibə həyəcanından danışdı - AÇIQLAMA

SİYASƏT
14:28 24.01.2014
2706

Qabil Hüseynli: “Ermənilər Azərbaycanın içərilərinə doğru diversiya qrupları göndərərək vahimə yaratmağa çalışırlar"

“Qarabağ ətrafında danışıqların aparılması bir vaxtda Ermənistan tərəfinin cəbhədə atəşkəsi pozması artıq ənənəvi xarakter alıb". Bunu cəbhə xəttindəki gərgin vəziyyəti dəyərləndirərkən politoloq Qabil Hüseynli söyləyib. O, danışıqlar possesinin pozulması ehtimalını sıfıra bərabər dəyərləndirib. “Ermənilər Azərbaycanın içərilərinə doğru diversiya qrupları göndərməyə çalışırlar. Bu danışıqlar prossesində Azərbaycan tərəfini psixoloji təzyiqdə saxlamaq xarekteri daşıyır”, - deyə politoloq bildirib. Q. Hüseynli həmçinin bildirib ki, cəbəhdəki baş verənlər erməni tərəfinin arxasında böyük gücün dayandığı təəsürratını yaradır: “Bu beynəlxalq praktikada qəbul edilməyən bir avantüradır. Bu əməllərin ciddi əsasları yoxdur. Müharibə ehtimalı sıfıra bərabərdir. Danışıqlar prossesi beynəlxalq güclərin nəzarəti altındadır”. (anspress)

OXŞAR XƏBƏRLƏR