Azərbaycanlı prodüser gənc müğənnini aldatdı

MAQAZİN
15:31 18.07.2012
2482

Gənc müğənni həmkarlarını diqqətli olmağa çağırdı

AZXEBER.COMxəbər verir ki, müğənni Elvin Abbasov şou-biznesdə olduğu bu bir il ərzində aldadıldığı haqda danışdı. Bu sahəyə ilk addımlarını atan gənc sən demə fırıldaqçılara rast gəlib.

“Adını çəkmək istəmədiyim məşhur bir prodüserin yalan vədlərinə aldandım. Qısa müddətdə 50 000 manatdan artıq pulumu külə sovurdu. Bu qədər pulun müqabilində nəticəyə baxanda hər kəs mənə yalnız: “Aldandın!” dedilər. İndiyədək də həmin şəxs mənə pul borcludur, amma onu qaytarmamaq üçün məndən gizlənir” – deyə, Elvin dad elədi.

Peşmançılıqdan od püskürən Elvin bu sənətə gəlmək istəyənlərə məsləhət də verdi:

“Çox istərdim ki, başqa gənclər mənim kimi aldanmasın. Odur ki, heç kimin yağlı vədlərinə inanmasınlar. Mümkün qədər tv və radiolarla şəxsən əlaqə yaratsınlar. Öz pullarını üçüncü şəxslərə etibar etməsinlər” – deyərək, müğənni bölüşdü.

OXŞAR XƏBƏRLƏR