Tatarıstanın mədəniyyət naziri postuna əslən azərbaycanlı olan İradə Hafiz qızı Əyyubova təyin olunub.
Bu barədə Tatarıstanın prezidenti Rüstəm Minnixanov müvafiq sərəncam imzalayıb.
İradə Əyyubova 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Mexanika riyaziyyat fakültəsini bitirib, 2002-ci ildə isə Tatarıstanın Biznes İnstitutunda hüquqşünaslıq üzrə təhsil alıb. Ailəlidir, 1 qız övladı var.
O, daha öncə müxtəlif vəzifələrdə çalışıb:
1994-1998 - "Nizhnekamaskshina" şirkətində proqramlaşdırma mütəxəssisi
2000-2004 - Kazan Sahibkarlıq Dəstək Komitəsinin sədr müavini
2004-2005 - Kazan Administrasiyasının kadrlar şöbəsinin rəisi
2005-2006 - Kazan Sahibkarlığa Dəstək Komitəsinin sədri
2006-2008 - Tatarıstan İqtisadiyyat Nazirliyinin idarəetmə şöbəsinin müdiri
2008-2011 - Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini
2011-2015 - Tatarıstan Respublikası mədəniyyət nazirinin birinci müavini
2015-2016 - Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Milli Arxiv İdarəsinin rəisi
2016-cı ilin may ayından - Tatarıstan Arxiv İşləri Komitəsinin sədri
2014-cü ildə Tatarıstan Respublikasının əməkdar iqtisadçısı fəxri adına layiq görülüb.
///Qaynarinfo