Azərbaycanlı qadın Türkiyədə nazirliyi məhkəməyə verdi

DÜNYA
13:30 03.11.2013
1885

35 yaşlı Könül Quliyeva Ankara məhkəməsinə şikayət edib

Türkiyənin İzmir şəhərində 47 yaşlı Cemal Ülkenle ailə həyatı quran 35 yaşlı azərbaycanlı qadın Könül Quliyeva Türkiyə XİN-in qərarından Ankara məhkəməsinə şikayət edib. Türkiyə XİN qadının bu ölkənin vətəndaşı olmaq üçün etdiyi müraciəti rədd edib. Rədd qərarına səbəb kimi milli təhlükəsizlik və ictimai asayiş məsələləri qabardılıb. "Necə ola bilər ki, qardaş ölkə olan Türkiyənin XİN-i Azərbaycan vətəndaşını milli təhlükəsizlik və ictimai asayiş baxımından şübhəli görür?", - deyə Könül Quliyeva bildirib.(anspress)

OXŞAR XƏBƏRLƏR