Azərbaycanlı qadın yuxudan dura bilmədi, ölümdən qurtuldu - -VIDEO

SOSİAL
01:00 20.03.2016
5960

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzası zaman Azərbaycanlı qadın möcüzə nəticəsində sağ qalıb.

Ans press-in məlumatına görə, Elvira İsayeva ölüm reysinə Dubaydan Rostov-na-Dona uçan “FlyDubai” aviaşirkətinin “Boeing-737-800” təyyarəsinə gecikdiyindən salamat qalıb.
Qadın həmçinin başıbəlalı reysin yeganə sağ qalmış sərnişini sayılır. Elvira İsayeva bütün baş verənlərə baxmayaraq “FlyDubai” aviaşirkətinin təyyarəsiylə evə qayıtmağı planlaşdırır.
“"FlyDubai" həftədə bir dəfə Rostova uçur. Mən bir həftə havanın düzəlməsini gözləyəcəyəm və uçacağam. Hərçənd, mən artıq qatarda həmçinin piyada getməyə hazıram. Dəhşətlidir, əlbəttə, amma mən əvvəllərdə "FlyDubai" haqqında pis heç nə eşitməmişəm. Onlar həmişə yaxşı uçurdular və mən özüm artıq dəfələrlə ondan istifadə etmişəm”,- deyə reysin yeganə sağ qalan sərnişini bildirib.
Xatırladaq ki, Elvira İsayeva aviaqəza nəticəsində 61 nəfərin həlak olduğu “FlyDubai” aviaşirkətinin FZ981-nömrəli reysinin tək sağ qalmış sərnişini olub.
İsayeva ölümdən necə qaçmağı bacardığını danışıb. Məlum olub ki, onun həyatını zəngli saat xilas edib. Təsadüfdən saat zəng çalmayıb və o təyyarəyə gecikib.
Qəza bu gecə Rusiya vaxtı ilə saat 04 radələrində qeydə alınıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvləri olub. Onların arasında Azov rayon administrasiyasının rəhbərinin keçmiş həyat yoldaşı və qızı da olub. Onlar Dubaydan istirahətdən qayıdırmışlar.
Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

OXŞAR XƏBƏRLƏR