Azərbaycanlı qadınları Türkiyədə "satan" şəxs tutulub

Azərbaycanlı qadınları Türkiyədə "satan" şəxs tutulub
SOSİAL
13:37 18.05.2018
4522
Qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən həmcinsi saxlanılıb.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Samirə Mehdiyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılıb. 

Görülmüş tədbirlərlə S.Mehdiyeva saxlanılıb.
OXŞAR XƏBƏRLƏR