Azərbaycanlı ‘qanuni oğru’lar arasında yeni savaş başladı

Azərbaycanlı ‘qanuni oğru’lar arasında yeni savaş başladı
KRİMİNAL
09:18 09.06.2014
6707

“Cemo”nun “oğru” adının alınması “Rövşən Lənkəranski” ilə “Vaqif Bakinski”nin arasında olan münaqişənin yenidən alovlandığını göstərir

Azərbaycanlı “qanuni oğru”lar arasında köhnə ədavət yenidən qızışıb. Ötən həftə Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) ən yaxın adamlarından biri olmuş gürcü əsilli “Cemo” ləqəbli Cemal Mikeladze “qanuni oğru” adında məhrum edilib.

Onun “oğru” adının alınması ilə bağlı yayılan “proqon”da bildirilib ki, “”Cemo" heç kimdir və onu heç cür “qanuni oğru” adlandırmaq olmaz. “Biz, ”qanuni oğru"lar Vaqif Bakınski və Zviad Tbilisiski onu axırıncı əclafı döyən kimi əzişdirdik. Onun gələcək taleyinə hərəkətlərinə müvafiq olaraq azadlıqda olan “oğru”lar göz qoyacaq".

“Qanuni oğru” üçün ölümə bərabər hökmü imzalayan Vaqif Süleymanov (“Vaqif Bakinski”)  həm “Cemo”, həm də “Rövşən Lənkəranski ilə uzun müddətdir ki, ciddi münaqişədədir. Bu münaqişə isə hələ Aslan Usoyanın sağlığında başlayıb.

Məlumatlara görə, azərbaycanlı avtoritet Vaqif Süleymanovla “Rövşən Lənkəranski”nin 2010-cu ilin yazında aralarında səbəbi tam açıqlanmayan konflikt başlayıb. İddialara görə, həbsdə olan Vaqiflə “Lənkəranski” arasında olan telefon söhbəti gərgin keçib və onlar bir-biri haqda xoşagəlməz ifadələr işlədiblər. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün Rublevski (Bakının “Milyonerlər məhəlləsi” kimi qəsəbə) yaxınlığında “Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində “sxodka”ya toplaşıblar. 

“Rövşən Lənkəranski” tərəfdən söhbətdə Mikeladze qardaşlarından başqa digər “qanuni oğru”lar da iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded Xasan”ı təmsil edən “Vasi Voskres”lə gəlib. 

Məlumatlar var ki, bu “sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” özündən həm yaşca, həm də cüssəcə böyük olan Vaqifi vurmaq istəyərkən (əl qaldırmaq “oğru qanunları”nda düzgün olmayan hərəkət sayılır) özü zərbə alıb. “Sxodka”nın sonunu gözləməyən V.Süleymanov oranı tərk edib. Bu “sxodka” “Lənkəranski” kastası və Vaqif arasında münasibətləri daha da pisləşdirib. 

“Cemo”nun bu hərəkəti Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənə görə, nəticədə “Lənkəranski” və “Cemo” bu hərəkətə görə köhnə “oğru qanunları” ilə yaşayan V.Süleymanovdan hətta üzr də istəyiblər. “Barışığa” baxmayaraq, bu “sxodka” hələ də nüfuzlu kriminal dairələrin əsas müzakirə mövzusu kimi qalır. Dörd il sonra “Cemo”nun bu cür cəzalandırılmasının kökündə duran səbəb budur. 

Bu münaqişədən sonra saxta pasportla Kiyevə gedən “Lənkəranski” həbs edilir və bir müddət sonra isə Azərbaycana ekstradisiya olunur. “Cemo” isə Rusiyanı tərk edərək Parisə gedir. 

“Ded Xasan” isə “Cemo”nun Vaqif Süleymanovla bağlı “sxodka”dakı hərəkətini və digər “günahlarını” müzakirəyə çıxarır. 2011-ci ilin iyununda “Ded” “Cemo”nu “qanuni oğru” adından məhrum edir. Maraqlıdır ki, “Ded” bu qərarı “Cemo”ya hamının iştirakı ilə və deyilənə görə, çox qaba formada telefonda elan edib. “Ded Xasan” “Cemo”ya təklif edib ki, əgər onun bu qərara etirazı varsa, Moskvaya qayıdıb özünü “təmizə çıxara” bilər. 2012-ci ilin noyabrında “ded”in xeyir-duası ilə “Lənkəranski”nin də “oğru” adının da alındığı elan(“praqon”) olunur.  Təsadüfi deyil ki, “Ded Xasan” öldürüləndən sonra Rusiya mətbuatı sifarişçilər arasında “Lənkəranski” ilə bərabər “Cemo”nun da adını çəkirdilər. 

“Ded”in qətlindən sonra bir müddət gizlənən “Cemo” 2013-cü ilin fevral ayının 1-də də  Moskva ətrafında həbs edilib. Onun  cibindən əl qumbarası ilə bərabər narkotik maddə də tapılmışdı. Maraqlıdır ki, “Vaqif Bakinski” də bu maddə ilə həbsdə olmuşdu. “Qanuni oğru” 2011-ci ilin iyul ayının 6-da Miçurin prospekti 11 ünvanında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı. Onun üzəndən 4.84 qram heroin aşkarlanaraq götürülmüşdü. 2011-ci ildə Moskvanın Nikulsk Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Kriminal aləmdə “Ded Xasan”ın yaxın adamı kimi tanınan V.Süleymanov o zaman həbsini “Lənkəranski”nin sifarişi kimi qiymətləndirmişdi. Onun yenidən həbsə qayıdaraq “Cemo”nu bu cür cəzalandırması “Lənkəranski” ilə bu nifaqın hələ uzun müddət davam edəcəyini göstərir.

Bəs, “oğru” adı alınan “Cemo” kimdir? Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, Rusiyanın kriminal aləmində tanınan Arsen Mikeladzenin kiçik oğludur. Onun atası 1993-cü ildə güllələnib. Atasının “təmiz oğru” ideyasını “Cemo” və onun böyük qardaşı Mamuko davam etdirmək qərarı verəndən sonra Gürcüstanın nüfuzlu kriminal dairələri onlara “qanuni oğru” adı verirlər. “Cemo” “qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, “Cemo”nu kriminal dairələrdə cəlbedici edən onun adətən “oğrulara” xas olmayan xarizmasıdır. 

Qeyd edək ki, “Cemo” həbsdə olarkən onun hüquq-mühafizə orqanlarına “Ded Xasan”ın qətli ilə bağlı “ötdüyü” xəbəri yayılmışdı.

Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var