Azərbaycanlı qanuni oğruya 3 il iş verildi

Azərbaycanlı qanuni oğruya 3 il iş verildi
SOSİAL
11:30 06.03.2017
761

 

Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib.

 

Kriminal aləmdə "Taleh Maştağinski” kimi tanınan Dağlıyev  narkotik maddə saxlamaqda ittiham edilib.

Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor” restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski”nin üzərindən narkotik  maddə tapılmışdı.

Taleh Dağlıyev  Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka”da "oğru”  adənı alıb. Ona bu titul "Lotu Quli”  tərəfindən verilib.

 

///lent.az


OXŞAR XƏBƏRLƏR