Azərbaycanlı qız nişanlısının evində intihar etdi

KRİMİNAL
00:58 05.06.2014
4806
Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız hündür mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq, intihar edib. AZXEBER.COM APA-nın Rusiya bürosunun istinadən xəbər verir ki, hadisə iyunun 3-də, günorta saatlarında baş verib.

21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonun Prosveşeniya prospekti 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb.

O, yerindəcə keçinib.

Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR