Azərbaycanın ilk qorxu filmi olan "Xənnas"ın çəkilişləri zamanı maraqlı anlar yaşanıb.
AZXEBER.COM-un məlumatına görə, aktrisa Zarina Qurbanovanın cin çıxaran qızı səsləndirməsinin videosu sosial şəbəkələrdə yayımlanıb.
Video böyük maraqla qarşılanıb və aktyor işinə görə hər kəs aktrisa haqda xoş sözlər yazıb.
Qeyd edək ki. "Xənnas" filmi 4 may tarixindən etibarən kinoteatrlarda yayımlanmağa başlayacaq. Filmin rejissoru Elvin Abdulladır.
