Zülfiyyə Xanbabayeva, Miri Yusif, Zamiq, Murad Arif, Günay İbrahimli və digər ulduzların kliplərinin rejissoru Delee ilk dəfə özü klipdə rol alıb.
AZXEBER.COM xəbər verir ki, onun duet ortağı səhnə adı SİVVA olan bəstəkar-müğənni Sevinc Ağasıyevadır. Mahnının sözləri də Deleeyə aiddir. Musiqisi Sivvaya məxsus olan yeni mahnı "6-cı mərtəbə” adlanır.
Qeyd edək ki, Sivva məşhur "Əziz müəllimim” mahnısının bəstəkarı və ifaçısı, həmçinin Aygün Kazımova, İlqar Muradov və digər sənətçilərin ifasında səslənən mahnıların müəllifidir.