Azərbaycanlı rəssam faciəvi şəkildə öldü - FOTO

Azərbaycanlı rəssam faciəvi şəkildə öldü - FOTO
SOSİAL
12:16 25.11.2023
611
Neftçalada tanınmış rəssam Nurəddin Nəzərov yol qəzası səbəbindən dünyasını dəyişib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib.

Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və "kuza"da olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.
 

 


OXŞAR XƏBƏRLƏR