Azərbaycanlı rəssam Bella Karayevanın Türkiyənin İstanbul şəhərində sərgisi açılıb.
AZXEBER.COM xəbər verir ki, rəssamın əl işlərindən ibarət sərgi İstanbulun Nişantaşı bölgəsində açılıb.
Sərgidə rəssamın 12 əsəri nümayiş etdirilib.
Açılış mərasimində Türkiyədən və Avropa ölkələrindən qonaqlar iştirak edib.
Qeyd edək ki, Bella Karayeva Türkiyədə yaşayır. O rəssamlıqla yanaşı dizayner kimi də fəaliyyət göstərir.