Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO
SOSİAL
14:22 07.11.2019
6056

Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada keçirilib.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, olimpiada Rusiyanın Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən 27.10.2019-04.11.2019 tarixlərində təşkil olunub.

Olimpiada III – XI siniflər və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət fənləri və şahmat üzrə keçirilib.

 

Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin formalaşdırılması və inkişaf etdirilməsi, şagirdlər arasında mədəniyyətlərarası ünsiyyətin inkişafına dəstək məqsədi daşıyıb.

Olimpiadada Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyənin 30-dan çox məktəbini təmsil edən 900-dən artıq şagird iştirak edib. Azərbaycanı bu olimpiadada 2 məktəb - Avropa Azərbaycan Məktəbi və H. Əliyev adına Müasir Təhsil Kompleksi təmsil edib.

Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib. Olimpiada rus və ingilis dillərində keçirildiyinə görə göndərilən şagirdlərin bu sahədəki bacarıqları da nəzərə alınıb. Şagirdlərə bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılıb. Fənn olimpiadası ilə yanaşı, asudə vaxtın səmərəli keçirilməsi üçün müxtəlif idman yarışları, rəqs, teatr, mahnı müsabiqələri, ekskursiyalar də təşkil edilib. Olimpiadanın proqramına açılış mərasimi, fənn olimpiadalarının keçirilməsi, Antalyanın müxtəlif əyləncə mərkəzlərinə ekskursiya, idman-əyləncə tədbirləri, bağlanış və qaliblərin mükafatlandırılması mərasimləri daxil olub.

Altıncı sinif şagirdləri Kənan İbrahimli və Cihad Rəhimli riyaziyyat fənni üzrə gümüş, doqquzuncu sinif şagirdi Aytac Aslanlı isə kimya fənni üzrə bürünc medalçı olublar.

Avropa Azərbaycan Məktəbinin olimpiadada iştirak edən bütün şagirdləri ingilis dili fənni üzrə olimpiadaya qatılıblar. Ən uğurlu nəticələri də bu fənn üzrə əldə ediblər. Belə ki, səkkizinci sinif şagirdləri Rüstəm Hacızadə qızıl, Abdulla Altınay və Sara Nabikoğlu gümüş, Rəmziyyə Axundova isə bürünc medal qazanıblar. Ümumilikdə isə şagirdlərimiz olimpiadada 7 medala sahib çıxıblar.

Medal və kubokları qaliblərə Antalyadakı Beynəlxalq Turizm Akademiyasının rektoru Zafer Bikkenoğlu və Antalyadakı Rus Məktəbinin direktoru İrina Şavarinskaya təqdim ediblər.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
09:47 31.03.2026
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Dünya bazarlarında neftin qiyməti artır
09:34 31.03.2026
Dünya bazarlarında neftin qiyməti artır
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
09:21 31.03.2026
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
23:39 30.03.2026
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib