Azərbaycanlı şagirdlərdən beynəlxalq uğur: 3 bürünc medal

Azərbaycanlı şagirdlərdən beynəlxalq uğur: 3 bürünc medal
SOSİAL
13:12 15.04.2026
199
Azərbaycanlı şagirdlər XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2026) uğurla çıxış edərək 3 bürünc medal qazanıblar.

AZXEBER.COM xəbər verir ki, Fransanın Bordo şəhərində keçirilən nüfuzlu yarışda Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9 və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqləniblər.

Qeyd edək ki, Avropa Qızlar Riyaziyyat Olimpiadası riyaziyyat sahəsində ən nüfuzlu beynəlxalq yarışlardan biri hesab olunur.

Riyaziyyatçı qızlarımızı təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq.
 

 

 


OXŞAR XƏBƏRLƏR