Bölgələrdə şimşək çaxır, yağış və dolu yağır

Bölgələrdə şimşək çaxır, yağış və dolu yağır
SOSİAL
16:35 06.06.2026
154
Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR