Azərbaycanlı şair Ulucay Akif sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
AZXEBER.COM-un məlumatına görə, gənc şairi tənqid hətta təhqir edənlər çox olub.
Onun qalmaqala səbəb olan şeirini təqdim edirik:
Aysel,
ayaqların...
ayaqların nə yaxşı ki, var.
nə yaxşı ki,
tərk edəndə ayaqları ilə
tərk etmir adamlar.
Aysel,
birinin
ruhunu qucaqladım.
Ruhunu götürüb getdi.
birinin
qəlbini qucaqladım.
Sevgisini götürüb getdi.
Aysel,
ayaqlarını
qucaqlasam,
hara gedəcəksən axı?