Azərbaycanlı sevgilisi Arşavini Lənkərana gətirir

İDMAN
14:29 30.05.2013
4126

London “Arsenal”ının və Rusiya yığmasının keçmiş ulduzu Andrey Arşavin Azərbaycanın “Xəzər Lənkəran” klubu ilə müqavilə bağlayıb”. Bu sensasion xəbəri Britaniyanının sportsnewsireland.com saytı yayıb. Saytın yazdığına görə, Arşavin müqaviləyə imza atacağı təqdirdə hətta Messi və Etoonu qabaqlayaraq dünyanın ən ödənişli futbolçusuna çevrilə bilər.

Saytın yazdığına görə, klubun rəsmiləri Arşavinlə hələ mart ayından ciddi maraqlandıqlarını bildiriblər. Lənkəran klubundan sayta onu da bildiriblər ki, Arşavinin “Xəzər Lənkəran”a keçidi Avropanın digər tanınmış futbolçularının da Azərbaycana gəlməsinə stimul yarada biləcək.

sportsnewsireland.com-un yazdığına görə, rus futbolçuyla ilə 24 milyon, yəni hər ayına 2 milyon dollarlıq müqavilə bağlanacaq. hardtackle.com-da bu xəbəri qismən təsdiqləyib. Saytın yazdığına görə, Arşavin futbolda hələ son sözünü deməyib. Onun 31 yaşı var.

Bir qədər əvvəl 7d.org.ua saytının yazdığına görə, Arşavinin Lənkərana gəlməsində onun sevgilisi olan varlı bir azərbaycanlı biznes-ledinin böyük rolu olub. Adı açıqlanmayan həmin ledi isə Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovla dostdur. Mənsimovu neft oliqarxı kimi təqdim edən sayt yazır ki, İngiltərə “Arsenal”ının keçmiş oyunçusunu oliqarxın sahibi olduğu kluba keçməsi üçün də Arşavini həmin xanım razı salıb.

Musavat.com

OXŞAR XƏBƏRLƏR