Teleməkanın tanınmış siması, cazibədar aparıcı Zemfira Adığözəlova nın başına iş gəlib. Aparıcı xanım avtomobilini ağaca çırpıb.SİA-ya açıqlama verən Zemfiranın sözlərinə görə, o, ağır yol qəzasından qurtulub:“Verilişin çəkilişinə tələsirdim. Rejissor Nail Naiboğlu dayanmadan zəng edirdi. Avtomobilə əyləşən zaman dayandırıcı əyləci çəkməyi unutmuşam. İşıqfora yaxınlaşan zaman əyləc tutmadı. Hiss etdim ki, qarşıdakı avtomobilə çırpılacam. Maşını yoldan çəkmək istəyəndə isə ağaca çırpdım”.