Azərbaycanlı teleaparıcı: "Bəli, açıq-saçıq geyinirəm"

Azərbaycanlı teleaparıcı: "Bəli, açıq-saçıq geyinirəm"
ŞOU-BİZNES
13:06 14.11.2011
2662
Teleaparıcı İlahə Nizamiqızı haqqında yazılan şərhlərdən narahatdır. Bu barədə Milli.Az xəbər portalına teleaparıcı özü danışdı. O, şəkillərinin dərc olunduğu bəzi saytlarda haqqında yazılan şərhlərə görə susmayaraq, fikrini açıq şəkil ifadə etdi:"Əgər bir insan sənətdədirsə, gündəmdədirsə və ən azından ekranda görünürsə, hər zaman söz-söhbətə səbəb olacaq. Çünki belə bir məsəl var: haqqında danışılırsa, deməli, maraqlı insansan. Son zamanlar bəzi forumlarda və saytlarda şəkillərimə baxıb, şərh yazırlar. Yazırlar ki, İlahə çox açıq-saçıq geyinir, "vulqar" geyimi var və başqa bu kimi fikirlər yazırlar. Şərhlərdə əsasən məni çox "vulqar" teleaparıcı kimi qeyd edirlər.Bunlara görə nə tamaşaçılardan, nə də onları yazan şəxslərdən incimirəm. Bu, onların öz fikirləridir. Amma onların arasında elələri də var ki, nə isə etməklə diqqəti cəlb edib, şou aləminə daxil olmaq üçün çalışırlar. Sadəcə onu demək istəyirəm ki, nə yaxşı ki, dostlarımdan əlavə, düşmənlərim də var. Düşmənlərim olmasa, dostlarım haqqımda nə yazacaqlar?" - İ.Nizamiqızı dedi.Teleaparıcı şərhləri yazan şəxslərə müraciət edərək, açıq-saçıq paltar geyinməsini inkar etmir. O, geyiminin dəbə uyğun olduğunu deyir:"Şərhləri yazan şəxslər bilsinlər ki, onların yazdıqlarını hamı, xüsusilə də mənim doğmalarım oxuyurlar. Bunu da bu cür şit şəkildə təqdim etməyə ehtiyac yoxdur. İnkar etmirəm, etiraf edirəm ki, açıq-saçıq paltarlar geyinirəm. Amma razılaşaq ki, 21-ci əsrdir. İnsanların Avropaya meyli var. Düzdür, avropalaşmaq o demək deyil ki, soyunmalısan. Sadəcə, geyindiyim paltar dəbə uyğundur. Bizim şou-biznesimizdə qapalı geyinən xanım sənətçilər də çoxdur. Gəlin, etiraf edək ki, hətta qapalı geyimdə olan xanım sənətçi haqqında da xoşagəlməz fikirlər yazırlar".İ.Nizamiqızı əsasən bu yaxınlarda keçirdiyi doğum günü qonaqlığında çəkilən şəkillər haqqında yazılan şərhlərdən gileyləndi. O, hazırda subay olduğunu dedi və doğum günündə də ətrafında yaxınlarının, dostlarının olduğuna görə onlara güvəndiyini bildirdi:"Məni narahat edən məsələ doğum günümdə çəkilmiş fotolarımın altında yazılan şərhlərdir. Həmin şərhlərdən xəbərim yox idi. Bunu mənə dostlarım zəng edib dedilər. Mən də sizin sayt vasitəsilə həmin şərh yazan şəxslərə bildirmək istəyirəm ki, həmin gün mənim xüsusi günüm idi. Orada istədiyim kimi görünürdüm.Bundan başqa, özgə insanların deyil, dostlarımın, yaxınlarımın ətrafında idim. Onlara da güvənirəm, onlar da məni olduğum kimi qəbul edirlər. Ən əsası isə mən hazırda subayam. İnşallah, ailə qursam, həyat yoldaşım mənə qarşı nə isə qadağa qoysa, ona hörmət edib, dediklərini nəzərə alacağam. Sonda bir daha xahiş edirəm ki, şərhləri yazanda ehtiyatlı olsunlar. Çünki həmin şərhləri qardaşım da, oğlum da və ümumiyyətlə, qohumlarım da oxuya bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib