Bu səhər Facebook sosial şəbəkəsində bəzi istifadəçilər öz statuslarında "Nəsib Nur öldü” sözlərini yazıb paylaşmalar ediblər.Şoumenin ötən gecə avtomobil qəzasında dünyasını dəyişməsi deyilir. Bu söz söhbələrə münasibət bildirən Nəsib Nur onu "öldürənlər”ə gülərək cavab verdi: "Kimdirsə, mənə yaxşılıq edib, ömrümü uzatmaq istəyib. Dünən bacanağımın ad günündə idik və gecə yarı ailə üzvlərimlə birlikdə evimizə qayıtmışıq. Heç bir avtomobil qəzasına da uğramamışam. Həmd olsun, çox yaxşıyam. Mənə deyirlər ki, bu şayiə Bakı Dövlət Universitetinin tələbələri arasında yayılıb. Açığı, bir az təəccübləndim. Çünki mən Neft Akademiyasının məzunuyam. BDU-nun tələbələrinin məni bu qədər çox istədiklərini bilmirdim (gülür). Məni tanıyan insanlara səslənib deyirəm ki, narahat olmasınlar, həyatımda hər şey öz axarı ilə gedir”.