Azərbaycanlı teleaparıcı: Özümə rəqib görmürəm - FOTOLAR

MAQAZİN
14:45 03.12.2013
15875

AZXEBER.COM Lider TV-də yayımlanan "Mix Maqazin" verilişinin aparıcısı Ülviyyə Xalilbəylinin Showlife.Az-a müsahibəsini təqdim edir:- Ülviyyə, istərdim ilk olaraq oxucularımıza özünüz haqda məlumat verəsiz...- İlk öncə onu demək istərdim ki, mən şəxsi suallara cavab vermək istəmirəm. Səbəb isə odur ki, hec vaxt şəxsi həyatımın gündəmdə olmağını istəməmişəm. Sənətimlə bağlı deyə bilərəm ki, ilk əvvəl AzTv də işləmişəm. Daha sonra elə alındı ki, yolum MuzTv-dən keçdi və mən orada Muzlife maqazin xəbərlərinin aparıcısı oldum.İndi də Lider Tv-də MİX Maqazin verilişinin aparıcısıyam.

- Çox gözəl. Bildiyim qədərilə həm də fotomodelsiz. Modellik yoxsa aparıcılıq, hansı sizə daha yaxındır?

- Bilirsiz, indi deyəcəklər ki, bir əldə iki qarpız tutur amma elə deyil mən hər iki sənəti sevirəm. Bu sevgini sözlə ifadə edə bilmirəm içimdən gələn bir hisdir. Geyimləri çox sevirəm əsas da gözəl geyimləri fərqli geyimləri fikirləşirəm ki, o geyimlər mənim əynimdə daha yaxşı görünür(gülür). Aparıcılıq isə başqa aləmdi, hər iki sənətim mənim üçün maraqlı və gözəldi.

- Artıq bir neçə müddətdir ki, Lider TV-də şou verilişində aparıcılıq edirsiz. Müğənnilərlə işləmək, onların kaprizlərinə dözmək çətin deyil sizin üçün?

- Düzdü sənətçilərimizdən kaprizli olanı var, amma düşünmürəm ki, onlar mediaya kapriz etsinlər. Ən azından anlayırlar ki, onları gündəmdə mediya saxlayır. Fikrimcə onların kaprizi başqa şeylərə ola bilər, amma bizə yox.- Ülviyyə, bəlkə də Azərbaycan televiziyalarında ən gözəl simalarındansız, buna görə də sizin fikirləriniz oxucularımız üçün də maraqlı olar. Faktdır ki, Azəbaycan şou biznesində qalmaqalsız, davasız irəli getmək çox çətindir. Bəs siz özünüz necə yorulmamısız bu tip söhbətlərdən?

- Gözəl sözlərə görə təşəkkür. (Gülür) Yox, niyə çətindir ki, gözəl lahiyələrlə də yaddaşlarda qalmaq olur. Qalmaqal mənim ən sevmədiyim şeydir və kiçik söhbətlərdən belə bezə bilirəm. Ona görə də heç vaxt qalmaqal fikirləşməmişəm, kim nə deyib çox vaxt eşitməməzliyə vurmuşam. Çünki istəmirəm ki, hansısa bir qalmaqalda adım hallansın.Lakin bu o demək deyil ki, kim nə istəsə deyə bilər.

- Bu yaxınlarda həmkarlarından olan Günel Hümbətova dedi ki, sən özünü ona oxşadırsan, jestin, mimikan, davranışın onun təkrarıdır. Bu haqda nə deyə bilərsən?- Bir daha demək istəyirəm ki, mən bu söhbətin genişlənməyini istəmirə və artıq bu barədə öz fikrimi də bildirmişəm. Bu söhbötin baglanmağını istəyirəm. Sadəcə bildirmək istəyirəm ki, o xanım qeyd etdiyi verlişi aparmazdan əvvəl mən MuzTv-də Muzlife adlı şou xarakterli maqazin xəbərlərinin aparıcısı olmusam.Həmin arxiv kadrları axtarıb baxa bilər.

- Ülviyyə, bəs siz özünüzü kimə oxşadırsız?

- (Gülür) Əlbəttə ki, heç kimə. Çalışıram həyatda elə mövqe tutum ki, mənə bənzədənlər tapılsın.

- Bəs Azərbaycandak teleaparıcılardan daha çox kimi bəyənirsiz?

Nərgiz Cəlilova və Kamilə Babayevanı çox bəyənirəm.

- Bəs Günel Hümbətovanı necə?

- Hərənin özünə görə aparıcılıq qabiliyyəti var. Bəyəndiklərimin isə adını dedim artıq...

- Olduqca sakit, heç kimlə işi olmayan və qalmaqaldan uzaq insan təəssürratı yaradırsız.. Boş vaxtlarıınızda nə işlə məşğul olursuz?- Mən dizaynerlik üzrə təhsil alıram. Boş vaxt tapan kimi yaradıcı işlərlə məşğul oluram.Rəsm çəkməyi çox sevirəm.Bir sözlə incəsənət adamıyam

- Ülviyyə, bir söz var ki, “çirkin olub, əxlaqlı olma asandır, əsas odur ki, gözəl olub əxlaqlı qala biləsən”. Bu fikirlə razısız?

- Məncə əxlaq insanın ilk əvvəl daxilindən gəlməlidir.Onun gözəlliklə çirkinliklə əlaqəsi yoxdu. Bir də gərək insanın vicdanı təmiz ola. Ona görə də deyə bilərəm ki, hər şeyin insanın özündən asılıdır. İnsanın daxili aləmi nə qədər təmiz saf olarsa o özünü həm əxlaqında həm də xarici görünüşündə biruzə verir

- Ülviyyə sonuncu sualı da verim. Məncə bu sualı verməsəm oxucular onsuz da hansısa yolla cavab tapacaqlar. Sevdiyin insan varmı?

- Bayaq söylədim kimi şəxsi həyatla bağlı hec bir suala cavab vermək istəmirəm. Qısaca onu deyə bilərəm ki, hələ ki karyeram barədə düşünürəm (gülür)

- Son olaraq oxucularımıza nə demək istərdiz?

- Son olaraq deyərdim ki, hər şənbə saat 21:30-da mənim təqdimatımda “Lider TV” MİX Maqazini qaçırmasınlar (gülür)

OXŞAR XƏBƏRLƏR