Azərbaycanlı tələbə Ukraynada rus əsgərləri tərəfindən girov götürülüb? - İDDİA

Azərbaycanlı tələbə Ukraynada rus əsgərləri tərəfindən girov götürülüb? - İDDİA
SOSİAL
12:16 19.03.2022
235
Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.

AZXEBER.COM-un Report-a istinadla məlumatına görə, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.

Doğmalarının dediyinə görə, artıq üç ildir ki, universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.

Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.

Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.
OXŞAR XƏBƏRLƏR