Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər.
Hadisə nəticəsində 4 nəfər yaralanıb.
21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakı daşa çırpılaraq yaxınlıqdakı tarlaya yuvarlanıb.
Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.
Unikal.org