Azərbaycanlı tələbələrə qarşı erməni təxribatı - Yataqxanadan qovuldular

Azərbaycanlı tələbələrə qarşı erməni təxribatı - Yataqxanadan qovuldular
SOSİAL
13:24 04.06.2016
5258
Aprel döyüşləri, cəbhədə yaranmış gərginlik və ermənilərin məğlub durumundan sonra başqa ölkələrdə yaşayan ermənilərin azərbaycanlılara qarşı təxribatları intensivləşib. Onlar hər fürsətdə azərbaycanlılara qarşı hücuma keçir, düşmənçiliklərini açıq şəkildə nümayiş etdirirlər. Belə bir insident Rusiyanın Maykop şəhərində də yaşanıb.
Mavop Dövlət Texnologiya Universitetində təhsil alan azərbaycanlı 4 tələbə - Babanov Rüfət, Elmin Məmmədli, Alıyev Telman və Qorqud Ədliyev yataqxanadan qovulub. Tələbələrin qaldıqları yerdən çıxarılmasına səbəb isə yataqxanada çalışan nəzarətçi olub. Belə ki, əri erməni olan Romanova Nataliya Platonovna adlı qadın aprel döyüşlərindən sonra yataqxanada qalan azərbaycanlılara qarşı hücuma keçib. Xanım nəzarətçi tələbələri şərləyərək yataqxanadan çıxarılmasına nail olub.
Sözügedən tələbələr faktı təsdiqləyiblər. Bildiriblər ki, həmin nəzarətçi azərbaycanlıları bezdirərək oradan özxoşlarına çıxaması üçün hər yola əl atıb: “Burada tərbiyəçi deyilən qadın var. Gəldiyimiz gündən bizə qarşı pis rəftar edirdi. Həmin qadının əri ermənidir. Aprel döyüşlərindən sonra bizə qarşı rəftarı daha da pisləşdi. İstədiyi vaxt otağımıza gəlib qışqırır, bizə psixoloji təsir göstərməyə çalışırdı. Bu ərəfədə yataqxananın mühafizəçisi dəyişdi, erməni əsilli biri oldu. Bizi görməyə gözü yox idi. Bunlar ikisi birləşib bizi – azərbaycanlı tələbələri sıxışdırmağa başladı”.
Soydaşlarımız bildirir ki, nəzarətçi onları bezdirərək yataqxanadan çıxarmaq üçün hətta universitet rəhbərliyinə şikayət də yazıb: “15 gün əvvəl bizdən şikayət yazıblar ki, guya otağı çirkli saxlayırıq. Əslində isə otağımız normal təmizlikdədir. Bizi çağırdılar, getdik, yazılanların doğru olmadığını dedik. Lakin cavabımız belə oldu: artıq sizdən şikayət var və biz yazılana inanırıq. Sabahı gün isə erməni nəzarətçi başqa bir şikayətlə rəhbərliyə gedib. Bildirib ki, guya biz gecə səsgücləndiricilərlə mahnı qoşub oynamışıq. Halbuki bizim otaqda heç maqnitofon da yoxdur. Biz də bütün bunlara dözməyib, otağımızın qapısına yazdıq ki, nəzarətçi bir də bura girməsin. Bizim bu hərəkətimizdən həmin qadın lap əsəbiləşdi. Bir dənə də şikayət yazdı ki, guya gecə 4-də koridorda gəzib “mühafizəçi, mühafizəçi” deyə qışqırmışıq”.
Universitet rəhbərliyi haqlarında ard-arda 3 dəfə şikayət olunan azərbaycanlı tələbələrin yataqxanadan çıxarılmasıyla bağlı qərar verib: “Nə qədər dedik ki, gedək otağımıza baxın, orada təhlükəsizlik kameraları var, görüntülərə baxın, bizə məhəl qoymadılar. Yataqxanadan qovulmağımız haqda qərar çıxarıldığını dedilər və kağıza imza atmağımızı tələb etdilər. Lakin biz imza atsaydıq, həmin gün yataqxananı tərk etməli idik. Ona görə imza atmadan otağımıza qayıtdıq. Çünki gedib qalacaq yerimiz yox idi. Həmin gecəni orada qaldıq. Səhər isə bir nəfər gəldi və axşam 9-a kimi yataqxananı tərk etməli olduğumuzu, əks halda polis çağıracaqlarını, bizi eyvandan atacaqlarını dedi”.
Erməni mühafizəçiylə əri erməni olan nəzarətçinin birləşərək sıxışdırdıqları həmyerlilərimiz universitetdən qovulma təhlükəsi səbəbiylə yataqxanadan çıxıb: “Haqqımızda bir şikayət də olsaydı universitetdən qovulacaqdıq. Orada azərbaycanlı tanışımız var idi, getdik onun evində qaldıq. Lakin nə qədər burada qala bilərik ki? Tələbə üçün kirayə ev tutub qalmaq maddi cəhətdən çətinlik yaradır. Nə edəcəyimizi bilmirik”.
Məsələ ilə bağlı Azərbaycanın Rusiyanın Maykop şəhərindəki diaspora nümayəndələriylə əlaqə saxlayıb. Onlar bildiriblər ki, bu ermənilərin Maykopda təhsil alan azərbaycanlı tələbələrə qarşı ilk hücumu deyil: “Ümumiyyətlə ermənilər burada təhsil alan həmyerlilərimizə qarşı çox aqressivdirlər. İstər təhsil müəssisələrində, istərsə də digər yerlərdə imkan deşən kimi soydaşlarımıza qarşı təxribatlar törədirlər”.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR