AZXEBER.COM xəbər verir ki, bu barədə Trend Lifeməlumat yayıb."Dünyaca məşhur bu layihəyə düşmək üçün iki müsahibədən keçmişəm. Oyunun Türkiyədəki versiyasında 12 sual var və maksimal uduş məbləği 1 milyon türk lirəsidir. Həmin məbləği Türkiyədə hələ heç kim qazanmayıb. mən 10-cu suala qədər gəldim və 60 min lirə (təxminən 30 min dollar) qazandım. Həmin pulları Avropada təhsilimə sərf edəcəm. Mənim iştirakmdan sonra verilişin reytinqi qalxıb", - Manafzadə Trend Life-a açıqlamasında deyib.Qeyd edək ki, Abuzər tanınmış musiqiçi İslam Manafovun oğludur.

