Azərbaycanlı uşaq Rusiyada belə öldü - VİDEO

DÜNYA
20:45 26.03.2015
1940

Rusiyanın Surqut şəhərində akvaparkda istirahət edən 8 yaşlı azərbaycanlı uşaq Elvin hovuzda boğularaq ölüb.

Uşaq boğulan zaman suda iki dəqiqəyə yaxın çabalasa da ona kömək edən olmayıb.

Bu gün Finski qəsəbəsində hovuzda səkkizyaşlı uşağın ölümü ilə nəticələn hadisə barədə istintaq komitəsi araşdırmalara başlayıb. İstintaq istirahət mərkəzinin müşahidə kameralarını araşdırır.

Videokadrlarda uşağın suda çabalayaraq və əllərini yellədərək ətrafındakılarların diqqətini cəlb etməyə çalışdığı görünür.

Bütün bu vaxt ərzində dincələnlərdən uşağa heç kəs diqqət yetirmir. Yalnız dörd dəqiqə sonra kişilərdən biri hovuzun dərinliyində oğlanın cəsədini görür və onu sudan çıxarır.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, Surqutun 8 yaşlı sakini Elvin A. akvaparka qonşusunun nənəsi ilə birlikdə gəlib. (anspress)

OXŞAR XƏBƏRLƏR