Azərbaycanlı “vor zakon” özünü hava limanında doğradı - VİDEO

Azərbaycanlı “vor zakon” özünü hava limanında doğradı -  VİDEO
DÜNYA
13:10 23.03.2016
7762

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski kimi tanınan Dadaş İbrahimovun bu günlərdə Rusiyadan deportasiyası zamanı insident yaşanıb.

İnsident Kiyevdəki “Borispol” hava limanında qeydə alınıb. Belə ki, Azərbaycana gələn Dadaş İbrahimov Kiyevə uçmaq üçün təyyarəyə bilet alıb. “Borispol” hava limanına düşdükdən sonra “qanuni oğru” birbaşa uçuş zonasında siqaret çəkmək qərarına gəlib. Onun bu hərəkəti Ukraynanın patrul polislərinin gözündən yayınmayıb. Onlar Dadaş Bakinskiyə yaxınlaşıb xəbərdarlıq edəndə “qanuni oğru” aqressiv reaksiya verərək əcnəbi dildə qışqırmağa başlayıb.

“Sərnişinləri onun qanlı sifəti də narahat edib. Həmin şəxsə xəbərdarlıq edib, hər şeyin qaydasında olması ilə maraqlananda, yenə xarici dildə qışqıraraq, bıçaq çıxarıb patrul əməkdaşlarına hücum çəkib”, – polislərdən biri jurnalistlərə deyib.

İnsident yerinə əlavə qüvvə çağırılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub, gözlənilmədən onun kürəyinə, özünün isə boynuna və qarnına zərbələr vurub. Dadaş Bakinski bundan sonra yıxılıb. Baş verən bu olay müşahidə kameralarında da əks olunub.

İbrahimovun qeyri-adekvat davranışını situasiya ilə tanış olan mənbə aydınlaşdırmağa çalışıb. İlkin məlumata görə, hadisə baş verən zaman “qanuni oğru” kokain təsiri altında olub, onun sifətində qan ləkələrinin olması isə polislərlə insidentə qədər öz yaxınlarından biri ilə dalaşması ilə izah olunub. Məlum olub ki, “qanun oğru” mübahisə zamanı öz opponentlərindən birinə bıçaqla ölümcül zərbə vurub.

Dadaş Bakinski hazırda Borispol rayon xəstəxanasındadır. Qətl və hüquq-mühafizə orqanı əməkdaşına sui-qəsdə cəhdə görə onun 15 il, yaxud daha çox müddətə azadlıqdan məhrum edilməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq