Azərbaycanlı xalq artistini sürpriz gözləyir

MAQAZİN
07:47 03.09.2012
2160
Yaşının üstünə yaş gəldikdə gözəlliyinə-gözəllik qatmağı bacaran Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Brilliant Dadaşova iki həftədən sonra növbəti doğum gününü qeyd edəcək. Bir qrup pərəstişkarından aldığımız məlumata görə xanım Dadaşovanın şəxsi bayramında onlar kumirlərinə maraqlı hədiyyə təqdim edəcəklər.Hazırlanmış hədiyyənin nə olduğu açıqlanmasa da, öyrəndik ki, müğənni sentyabrın 15-də verilişlərin birinin canlı yayımında olacağı zaman bu sürprizi şəxsən özü qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR