Bu yataqlar "AzerGold"un istifadəsinə verildi

Bu yataqlar "AzerGold"un istifadəsinə verildi
17:55 20.04.2026
898
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən "Qaradağ I və II”, Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonunun ərazilərində yerləşən "Güzdək muldası” əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən "Katexçay I və II” , Balakən rayonu ərazisində yerləşən "Balakənçay I və II”, Oğuz rayonu ərazisində yerləşən "Ağçay I” qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən "İmişli” qum-çınqıl yataqları daxilində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) istifadəsinə verilib.
Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, müəyyən edilir ki, yerin təkindən istifadə sahəsində (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) yer təkindən istifadə hüququnun verilməsi, yer təki sahələrinin dövlət ekspertizasının aparılması, yer təki istifadəçiləri tərəfindən hesabatların təqdim edilməsi, yer təkinin istifadəyə verilməsi üzrə aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylərin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarının alınması, hərraclara (auksion və müsabiqə) dair sənədlərin qəbulu və onların keçirilməsi zamanı torpaqların kateqoriyalara aid edilməsi, kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi və digər əlaqəli proseslər 2027-cı il avqustun 1-dən etibarən "Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə "bir pəncərə” prinsipi əsasında həyata keçirilir.

Fərmanda nəzərdə tutulan "bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Nazirlər Kabineti yer təkindən istifadə sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim eməli;
altı ay müddətində:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri, bu Fərmanın 4.1.2-ci yarımbəndi nəzərə alınmaqla, prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının əsas istehlak bazarından olan məsafəsindən, ərazinin relyefindən, iqlim şəraitindən və infrastrukturun mövcudluğundan asılı olaraq, iqtisadi dövriyyəyə cəlb edilməsi üçün güzəştlərin tətbiqinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və dövlət torpaq kadastrı məlumatlarına əsasən mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının (qurumlarının) təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar”ın 5.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıya daxil ediləcək yer təki istifadəçilərinin istifadəsindəki və bu Fərmanın 1-ci hissəsi ilə Cəmiyyətin istifadəsinə verilən yer təki sahələrinin yerləşdiyi və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmayan torpaqların kateqoriyasının həmin kateqoriyaya keçirilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etməli;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri nəzərə alınmaqla, yer təkindən istifadə hüququnun əldə edilməsi, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı zamanı yer təki istifadəçiləri tərəfindən təqdim edilməsi tələb olunan normativ hüquqi aktlarda nəzərdə tutulan sənəd və hesabatların nümunəvi formalarını təsdiq etməli;

Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
18:42 03.11.2026
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib