Gəncədə ağır qəza: Xəsarət alan var- FOTO

Gəncədə ağır qəza: Xəsarət alan var- FOTO
21:58 27.09.2026
1109
Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Volkswagen" markalı avtomobil "Mercedes" lə toqquşub. 

İlkin versiyaya görə, "Volkswagen" markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatını həyata keçirərkən  öz yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin yoluna çıxıb.  

Qəza zamanı "Mercedes"ın sürücüsü  idarəetməni itirib və maşın aşıb.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan  sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma başlanılıb.

 


OXŞAR XƏBƏRLƏR