Azərbaycanlı xanım idmançı küçəyə yarıçılpaq çıxdı - VİDEO

Azərbaycanlı xanım idmançı küçəyə yarıçılpaq çıxdı - VİDEO
MAQAZİN
14:21 24.01.2020
5854

Azərbaycan əsilli, Ukraynada yaşayan 23 yaşlı bodibilder və idmançı Bahar Nəbiyeva paylaşımı ilə diqqət mərkəzinə düşüb. 

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, idmançı xanım məşqə gedərkən küçəyə qısa şortda çıxıb və həmin anları lentə alaraq "Instagram” səhifəsində paylaşıb.

Onun bu videosu qısa müddət ərzində bir milyondan çox baxış toplayıb. İzləyicilərin rəyləri heç də xoş olmayıb. Onlar B.Nəbiyevanı böyük bədən ölçülərinə və küçəyə qısa şortda çıxdığına görə tənqid ediblər. 

Qeyd edək ki, B.Nəbiyevanın "Instagram” sosial şəbəkəsində üç milyon izləyicisi var. Məşhur idmançının paylaşımlarını sadə izləyicilər kimi dünya ulduzları da izləyir. Belə ki, məşhur repçilər Lil Wayne və 50 Cent dəfələrlə onun foto və videolarına xoş sözlər yazaraq, Bahara valeh olduqlarını bildiriblər. Bakıda anadan olan B.Nəbiyevanın atası azərbaycanlı, anası isə ukraynalıdır. 

OXŞAR XƏBƏRLƏR