Azərbaycanlı xanım müğənni deputata yaxınlaşmaq üçün bunları etdi - FOTOLAR

MAQAZİN
15:45 12.06.2013
9226
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində Şairlər Birliyinin rəhbəri, şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan, o cümlədən, bu il “Govhar Group”un yaxından iştirakı və təşkilati dəstəyi ilə daha geniş miqyasda “Şairlər günü” keçirilib.Tədbirdə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.Amma tədbir zamanı diqqəti üzərinə çəkən müğənni Mila olub. Mod.Az-ın fotokamerasına tuş gələn müğənni maraqlı görüntüləriylə nəzərdən yayınmayıb. Belə ki, Mila əyləşdiyi kreslonun sağ və solunda heç kim olmayıb. Daha sonra salona daxil olan millət vəkili Sabir Rüstəmxanlı müğənnidən bir kreslo aralı əyləşib. Müğənni isə bu məqamda millət vəkiliylə münasibət qurmaq üçün ona yaxın əyləşib və tədbirin sonuna qədər onunla danışmağa cəhd edib.Qeyd edək ki, həmin məqamı çəkdiyimiz an Milanın əyləşdiyi sıranın arxasında digər millət vəkili Məlahət İbrahimqızı da olub. O, mobil telefonla danışdığı zaman bəzi kadrlarda əks olunub.Qeyd etdiyimiz hadisədən olan şəkilləri təqdim edirik. /// mod.az

OXŞAR XƏBƏRLƏR