Azərbaycanlılar daha bir ölkəyə vizasız gedə biləcəklər

SİYASƏT
10:10 16.11.2013
2166

Kolumbiyaya giriş və müvəqqəti yaşamaq üçün TP-11, TP-12, TP-13 tipli vizaları tələb olunmayacaq

Azərbaycan vətəndaşları Kolumbiyaya vizasız gedə biləcəklər. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat Kolumbiya XİN-dən Azərbaycanın Meksikadakı səfirliyinə daxil olub.

Məlumatda qeyd edilir ki, Azərbaycanın da daxil olduğu bir sıra ölkələrin vətəndaşlarından Kolumbiyaya giriş və müvəqqəti yaşamaq üçün TP-11, TP-12, TP-13 tipli vizaları tələb olunmayacaq.

OXŞAR XƏBƏRLƏR