Azərbaycanlılar necə dilxor olur...

Azərbaycanlılar necə dilxor olur...
KÖŞƏ
10:26 12.06.2012
2115

Seymur Verdizadə Evdən çıxanda bərk dilxor idi. İşıqları yanmadığı üçün çay içə bilməmişdi. Qazları isə bir həftə əvvəl kəsilmişdi...

Kiçik əl çantasını qoltuğuna vurub, yellənə-yellənə metronun “Azadlıq” stansiyasına çatdı. Kartını çıxarıb balansını yoxladı. Məlum oldu ki, balansında bir qəpik də pul yoxdur. Cibini eşələyib, 40 qəpik tapdı. Həmin pulu kartına yükləyəndən sonra sağdan ikinci aparata yaxınlaşdı. Kartı qırmızı lövhənin üzərində saxlasa da, yaşıl işıq yanmadı. Bu hərəkəti bir neçə dəfə təkrar etsə də, xeyri olmadı. Məcbur olub, kartını sol tərəfdəki aparata yaxınlaşdırdı. Aha, yaşıl işıq yandı! Amma sevinci uzun çəkmədi. Məlum oldu ki, əvvəlki aparat onun 20 qəpiyini silib. Bu barədə metro işçilərinə məlumat verəndə, nəzarətçi qadın az qaldı ki, onun gözlərini çıxarsın. Xeyli mübahisə etdilər. Bu xanımla bacarmayacağını görəndə, başını aşağı salıb, yoluna davam etdi. Arxadan nəzarətçi qadının səsi eşidildi: “Boynundakı qalstukdan utan, 20 qəpiyin söhbətini edirsən...” Əməlli-başlı dilxor oldu. Özünə söz verdi ki, Tağı Əhmədovu görəndə, həmin nəzarətçidən ona şikayət etsin. İşə vaxtında çatdı. Baş redaktor əvvəlcədən müəyyənləşdirdiyi mövzuları müxbirlərin arasında böldü. Ona Aşıq Tellidən müsahibə götürmək həvalə olundu. Bloknotundan Tellinin nömrəsini tapıb, ona zəng etdi. Üçüncü zəngdən sonra aşığın tanış səsini eşitdi. Qəlbində sevinc hissi baş qaldırdı: “Nə yaxşı bu qızı tapa bildim...” Hal-əhval tutandan sonra müsahibə götürmək istədiyini bildirdi. Aşıq Tellinin səsi dərhal dəyişdi: “Nə soruşacaqsınız?” Ard-arda üç-dörd sual səsləndirdi. Müsahibi suallara sistemsiz cavab versə də, kefini pozmadı: “Onsuz da müsahibələrin çoxunu özüm yazıram. Təki danışsın, bir şey düzəldərəm”. Aşıq Telli təxminən 10 dəqiqə danışandan sonra söhbətinə ara verdi. Dərhal dilləndi: “Telli xanım, təşəkkür edirəm. Əla müsahibə alınacaq”. Aşıq Tellinin səsi yenə dəyişdi: “Nə danışırsınız? Heç nə yazmayın. Danışan Telli deyil, bacısıdır”. Müsahibi telefonu onun üzünə qapatdı. Yenə dilxor oldu. Gözləri qeyri-ixtiyari olaraq, telefonun ekranına sataşdı: “Son istifadə: 70 qəpik”. Özünü saxlaya bilmədi: “Telli, sənin...” Sözünün davamını gətirmədi. Çünki tərbiyəsi buna imkan vermədi. Nahardan sonra hamı baş redaktorun otağına yığışdı. Bu gün qonorar almalıydılar. Səhər evdən çıxanda arvadı ona uzun bir siyahı vermişdi. Amma baş redaktor pul verən adama oxşamırdı. Məlum oldu ki, “Qasid” firması onların pulunu köçürməyib. Baş redaktor dedi ki, yeni köşklər satdıqları qəzetlərin pulunu mənimsədikləri üçün redaksiyanın hesabında bir qəpik də yoxdur. Bu dəfə lap çox dilxor oldu. Bu gün qonorar ala bilməyəcəyinə əmin olandan sonra Aşıq Zülfiyyəyə zəng etmək üçün öz otağına qayıtdı. Bir saat sonra həyat yoldaşı onu aradı. Arvadının adını telefonunun ekranında görəndə, üz-gözünü turşutdu: “Bu heç vaxt xeyirliyə zəng etməz. Görəsən, yenə nə baş verib?” Proqnozu düz çıxdı. Arvadı dedi ki, qonşuları Ədalət müəllim rəhmətə gedib. Eşitdiyi bu xəbərdən dəhşətə gəldi. Dodağının altında öz-özünə mızıldandı: “Ədalət sakit adam idi. Həmişə işə yolun kənarı ilə gedirdi ki, maşın onu vurmasın. Görəsən, birdən-birə ona nə oldu?” Arvadının cingiltili səsi az qaldı ki, qulağının pərdəsini deşsin: “Yenə yolun kənarı ilə gedirmiş. Təzə tikilən binadan başına daş düşüb”. Öz-özünə deyindi: “Bu necə məmləkətdir? Adamın başına göydən daş yağır...” Sonra isə həyat yoldaşına tapşırdı ki, dərhal hüzr yerinə getsin. Özü isə icazə almaq üçün baş redaktorun kabinetinə yollandı. Yas çadırı binanın arxasında qurulduğu üçün həyətdə heç kim gözə dəymirdi. Buna çox sevindi. Dərhal qarşı tərəfdəki marketə girib, həyat yoldaşının tapşırığını yerinə yetirmək istədi. Piştaxtaya göz gəzdirdiyi vaxt satıcı qadının qəzəbli səsi eşidildi: “Nisyə mal vermirik!” Üstündə cəmi 3 manat pul vardı. Nə qədər çalışsa da, satıcını yola gətirə bilmədi. Qadın dedi ki, qonşular borc dəftərini oğurladığı üçün bundan sonra heç kimə nisyə mal verməyəcək. Kor-peşman bayıra çıxdı. Həyat yoldaşının sifətini gözlərinin qabağına gətirəndə, yenidən qanı qaraldı. Pilləkənlərlə yaşadığı mənzilə qalxanda, dodağının altında eyni sözləri təkrarlayırdı: “Bax, əsl dilxorçuluq indi olacaq...”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb