Azərbaycanlılar tacikləri dəyənəklərlə döydülər

DÜNYA
15:55 13.10.2014
1285

Davanın səbəbi intiqamdır.

Rusiya Federasiyası Tatrıstan Respublikasının Daxili işlər nazirliyinin mətbuat katibi kütləvi dava barədə məlumat verib. Qarşıdurma Azərbaycan və Tacikistan vətəndaşları arasında olub.AZXEBER.COM Lenta Kazan-a istinadən xəbər verir ki, şaiyələrə görə, əlliyə yaxın azərbaycanlı dəyənəklə silahlanaraqklubda dincələn taciklərə hücum ediblər. davanın səbəbi bir həftə bundan öncə taciklərin hücumunun intiqamı olub.

Şahidlər dalaşanları ayırmağa çalışıblar, amma bunun mümkün olmadığını gördükdə polis və təcili yardım çağırıblar. Zərəçəkənlərdən bir neçəsi Kazan şəhər xəstəxanasına yerləşdirilib.

Hal-hazırda polis hücumun kimin təşkil etdiyini araşdırır. Günahkarların cəzasını isə məhkəmə təyin edəcək.

OXŞAR XƏBƏRLƏR